“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in məzunu şəhid Məzdək Eyvazlını xatirəsi anılıb!

29/10/2026, 14:29
xeber1

UNEC-in məzunu şəhid Məzdək Eyvazlının xatirəsi anılıb!

 

Bugün II Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış UNEC “Rəqəmsal və İqtisadiyyat” fakültəsinin məzunu Məzdək Eyvazlının  anım günüdür.

 

Azərbaycan Ordusunun əsgəri olan Məzdək Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.


Məzdək Eyvazlı 29 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.


Şəhidimizin anım günü münasibətilə UNEC Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal tələbələr.şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun! 


Gallery Image

Sosial şəbəkələrdə paylaş: