Xəbərlər
UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə keçirilən Tələbə Həftəsi 15 may tarixində baş tutan "T-Fest" konsert proqramı ilə möhtəşəm şəkildə yekunlaşdı.

Tələbələrin böyük maraq və coşqu ilə qatıldığı konsert proqramı musiqi, əyləncə və unudulmaz anlarla yadda qaldı. Gün ərzində səslənən musiqilər, səhnə çıxışları və enerjili atmosfer iştirakçılara əsl festival ab-havası yaşatdı.
"T-Fest" çərçivəsində tələbələr həm əyləndi, həm də universitet həyatının ən yaddaqalan anlarından birini birlikdə paylaşdılar. Tədbir boyunca tələbələrin yüksək enerjisi, birlik ruhu və fəallığı proqramın ən diqqətçəkən məqamlarından oldu.
Tələbə Həftəsi ərzində təşkil olunan intellektual, sosial və əyləncəli tədbirlər tələbələrin asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması və universitet mühitinə daha yaxından inteqrasiya olunması baxımından mühüm rol oynadı.
Həftə boyunca keçirilən bütün tədbirlərdə iştirak edən tələbələrə, təşkilati dəstək göstərən şəxslərə və tərəfdaşlara təşəkkür edir, bütün iştirakçılara uğurlar arzulayırıq.












