Xəbərlər
UNEC-in şəhid məzunu Fərhad Fərhadlının anım günü qeyd edilib!
20/10/2026, 13:49

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid Fərhad Fərhadlının anım günü münasibətilə xatirəsi yad edilib.
Sumqayıt Şəhidlər Xiyabanında şəhidin anım günü ilə əlaqədar UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, UNEC Biznes Məktəbiniin dekan müavini Vüsal Aslanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin əməkdaşları və digər nümayəndələr şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhid Fərhadlı Fərhad ailəli idi, 1 qız övladı var.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!








