“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin doğum günü münasibətilə məzarı ziyarət olunub

17/11/2026, 12:29
xeber1

16 noyabr tarixində UNEC-in şəhid məzunu Məhəmməd Qarayevin doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yaşasa idi 25 yaşı olacaq idi.

Qarayev Məhəmməd Mahir oğlu 16 noyabr 2001-ci ildə Qəbələ şəhərində anadan olub. 2018–2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsində ali təhsil alıb.

2023-cü il mayın 12-də Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidin doğum günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və əməkdaşlar Məhəmməd Qarayevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: