Xəbərlər
UNEC məzunları Kazımlı Mürsəl və Mixayıl Həmidovun məzarları ziyarət olunub.
26/11/2025, 12:55

Oktyabrın 23-ü II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunları Kazımlı Mürsəl və Mixayıl Həmidovun anım günü idi..
Şəhidlərimizin anım günü münasibətilə onun ailə üzvləri, “UNEC Biznes Məktəbi”-nin drektoru i.e.n Hacıyev Nazim, “UNEC Biznes Məktəbi”-nin drektor müavini Dünya Mustafayeva ,Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əliyev İlkan və fəal tələbələr məzarları ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri düzüblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun!














