Xəbərlər
UNEC məzunu şəhid Əli Ələkbərovun xatirəsi yad edilib!
17/10/2026, 15:11

Oktyabrın 17-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və idarəetmə” fakültəsinin məzunu, Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Əli Ələkbər oğlu Ələkbərovun əziz xatirəsi anılıb.
Anım günü münasibətilə fakültənin dekanı Elçin Eyvazov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fakültənin fəal THİK üzvləri şəhidimizin məzarını ziyarət ediblər. Ziyarət zamanı məzarı önünə gül dəstələri düzülüb, şəhidimizin əziz xatirəsi ehtiramla anılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!






