Xəbərlər
UNEC nəzdində Qida Sənayesi Kollecində 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

UNEC nəzdində Qida Sənayesi Kollecində 7 Oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masa zamanı layiqli əmək, əmək hüquqlarının qorunması, ayrı-seçkiliyin qarşısının alınması, məcburi və uşaq əməyinə yol verilməməsi, yetkinlik yaşına çatmayanların əmək hüquqlarının təmin olunması, eləcə də təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.
Tədbirdə iştirakçılar mövzu ətrafında fikir və mülahizələrini bölüşüb, əmək hüquqlarının qorunmasının və layiqli əmək şəraitinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Layiqli əmək – ədalətli və təhlükəsiz gələcəyin təməlidir.








