“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər qoxulu 5 il” adlı ədəbi-bədii tədbir keçirilib.

09/11/2025, 17:40
xeber1

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər qoxulu 5 il” adlı ədəbi-bədii tədbir keçirilib.


Tədbir Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5 illiyinə həsr olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirin açılışını kollecin direktoru Sevinc Həmzəyeva edib. O, çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və qürurverici əhəmiyyətindən danışıb, bu Qələbənin memarlarına – qəhrəman şəhidlərimizə və qazilərimizə minnətdarlığını bildirib.


Tədbirdə şəhid anaları, müharibə veteranları, qazilər, müəllim və tələbə kollektivi iştirak edib. Onlar öz təəssüratlarını bölüşüb, Vətən uğrunda canından keçən igid oğullarımızın şərəfli döyüş yolundan danışıblar.


Sonda şəhid ailələrinə və qazilərimizə dərin minnətdarlıq ifadə olunub, Azərbaycan Ordusunun qəhrəmanlığı və Zəfərimizin əbədi olması bir daha vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: