Xəbərlər
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İqtisadçı İntellektual Oyunlar Klubu”nun “Dədə Qorqud” komandası “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionatda II yeri tutub!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat keçirilib.
Layihənin əsas məqsədi tələbələrin bilik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların intellektual potensialını üzə çıxarmaq, komanda işi bacarıqlarını gücləndirmək və sağlam rəqabət mühitini formalaşdırmaq olub.
Çempionatda UNEC-lə yanaşı Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universiteti, Bakı Biznes Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər.
Beynəlxalq İqtisadiyyat Məkəbinin IV kurs tələbəsi kapitan İsmayıl Məmmədquluyev,III kurs tələbəsi Nəzrin Babayeva, “SABAH” Mərkəzinin IV kurs tələbəsi Azər Novruzov, Beynəlxalq Magistratura və doktorantura mərkəzinin I kurs tələbəsi Fuad Əmrəliyev,İqtisadiyyat İdarəetmə fakültəsinin IV kurs tələbəsi Sadiq Bağırov, ”Maliyyə və mühasibat” fakültəsinin IV kurs tələbəsi Qüdrət Məhərrəmovdan ibarət UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İqtisadçı İntellektual Oyunlar Klubu”nun “Dədə Qorqud” komandası çempionatda II yerə layiq görülüb.
Yekun nəticələrə əsasən, Azərbaycan Tibb Universitetinin komandası birinci yerə, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görülüblər.










