Xəbərlər
UNEC - də tələbələrarası şahmat turniri keçirilib.
08/12/2025, 13:11

Tələbələr arasında keçirilən şahmat turnirinin əsas məqsədi tələbələr arasında şahmata olan marağın artırılması, vətənpərvərlik ruhunun artırılması, bu intellektual oyunun gənclər arasında geniş yayılması, bacarıqlı və potensiallı şahmatçı tələbələrin müəyyənləşdirilməsi və onların gələcəkdə peşəkar səviyyədə dəstəklənməsidir.
Gərgin keçən turnirin qalibləri aşağıdakı kimidir:
I YER - “Maliyyə və mühasibat” fakültəsinin I kurs tələbəsi Fuad Əliyev;
II YER - “Maliyyə və mühasibat” fakültəsinin I kurs tələbəsi Turan Bəndalıyev;
III YER - “İqtisadiyyat və idarəetmə” fakültəsinin IV kurs tələbəsi Aytən Ələsgərova.
Qaliblər diplom, medal və müxtəlif hədiyyələr ilə təltif olunub.











