Xəbərlər
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “UNECinema” layihəsi çərçivəsində növbəti film nümayişi olub!
22/12/2025, 12:27

Bu dəfə tələbələrimiz həyəcan və sirrlə dolu *“Escape Room”*filmini izlədilər. Gərgin
hekayə, tapmacalar və gözlənilməz məqamlar film daha da maraqlı etdi. Tədbirdə
iştirakçılara popkorn və içki təqdim olundu, həmçinin şanslı beş tələbəyə ParkCinema
tərəfindən bilet hədiyyə edildi.
Tədbirin baş tutmasında dəyərli tərəfdaşlarımız – LogAcademy və British Academy – öz
dəstəklərini göstərərək tələbələr üçün xüsusi imkanlar yaratdılar.
Tələbələrin asudə vaxtlarını daha da maraqlı keçirmələri üçün UNECinema yeni
sürprizlərlə davam edəcək!









