“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “UNECinema” layihəsi çərçivəsində növbəti film nümayişi olub!

30/10/2026, 12:27
xeber1

Bu dəfə tələbələrimiz 31 oktyabr “Halloween Bayramı”na həsr olunmuş “Halloween” (Michael Myers)

filmini izlədilər. Qorxu, həyəcan və sirrlə dolu bu ekran işi tələbələrimizə unudulmaz anlar yaşatdı.

Tədbir boyunca Halloween maskaları və konseptə uyğun geyimləri ilə iştirak edən tələbələrimiz üçün

sürpriz hədiyyələr təqdim olundu.

Halloween bayramının tarixi təxminən 2000 il əvvələ, qədim Keltlərin Samhain adlı bayramına

gedib çıxır. Keltlər oktyabrın 31-də yay fəslinin bitdiyinə və qışın başladığına inanırdılar.

Onların inancına görə, həmin gecə ruhlar dünyası ilə insanlar dünyası arasındakı sərhəd

zəifləyirdi.

İnsanlar pis ruhlardan qorunmaq üçün tonqallar yandırır, qorxulu geyimlər geyinir və müxtəlif

mərasimlər keçirirdilər. Daha sonra bu ənənələr xristianlıqla birləşərək Halloween bayramının

yaranmasına təsir göstərdi.

Halloween sözü “All Hallows’ Eve” ifadəsindən yaranıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: