“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım tələbələr üçün tədbir təşkil olunub

11/03/2026, 16:23
xeber1

Tədbirdə çıxış edən UNEC THİK-in sədri İlkan Əliyev xanım tələbələri bu əlamətdar gün

münasibətilə təbrik edib, qadınların cəmiyyətin inkişafında, sosial və ictimai həyatda oynadıqları

mühüm roldan bəhs edib. O qeyd edib ki, qadınlar hər zaman ailə dəyərlərinin qorunmasında,

gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişdirilməsində mühüm missiya daşıyırlar.

İ.Əliyev bildirib ki, 8 Mart dünyada qadınlara hörmət və ehtiramın ifadə olunduğu, onların

hüquqlarının müdafiəsi və cəmiyyətdəki rolunun daha da gücləndirilməsi baxımından xüsusi

əhəmiyyət kəsb edən günlərdən biridir. Bu günün qeyd olunması qadınların müxtəlif sahələrdə

əldə etdikləri uğurların təbliği və gender bərabərliyinin təşviqi baxımından da mühüm rol

oynayır.

Sonda xanım tələbələrə xoş arzularını çatdıran sədr onların təhsil və ictimai fəaliyyətlərində daha

böyük uğurlar qazanacaqlarına inandığını bildirib və UNEC-in tələbə təşkilatlarının xanım

rəhbərləri, THİK-in fakültə sədrləri və fəal xanım üzvlərinə hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: