Xəbərlər
UNEC tələbələri “44” filmini izləyiblər!

Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə UNEC "SABAH Mərkəzi" nin tələbələri və THİK-in fəal üzvləri ilə birlikdə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “44” filmi izlənilib.
Filmdə UNEC Yeni Sabah Layihəsinin koodinatoru i.e.n Sevər Məmmədova, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və fəal tələbələr iştirak ediblər.
Film nümayişinin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətinin bir daha xatırladılması, həmçinin torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızın igidlik və fədakarlığının gənc nəslə çatdırılması olub.
Film tələbələr tərəfindən maraqla izlənilib. Nümayiş gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, tarixi yaddaşın qorunması və Vətənə sevgi hissinin aşılanması baxımından əhəmiyyət daşıyıb.




