“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC tələbələri “Bakı Marafonu – 2026”da fəal iştirak ediblər

03/05/2026, 14:29
xeber1

Mayın 3-də ənənəvi olaraq keçirilən “Bakı Marafonu – 2026”da UNEC tələbələri fəal iştirak

ediblər.


“Küləyə qalib gəl!” şüarı ilə təşkil olunan marafon Heydər Əliyev Fondunun təşəbbüsü ilə

reallaşıb və bu il ilk dəfə olaraq 42 kilometrlik tam marafon məsafəsini əhatə edib.


Bu il marafona 25 mindən çox iştirakçı qeydiyyatdan keçib. Dövlət Bayrağı Meydanından start

götürən yarışın marşrutu Dənizkənarı Bulvar və paytaxtın əsas küçə və prospektlərindən keçərək

“Sea Breeze” ərazisində finiş xəttinə çatıb.


2016-cı ildən keçirilən Bakı Marafonu ölkədə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına

dəstək məqsədi daşıyır.


Tədbir çərçivəsində Dövlət Bayrağı Meydanında iştirakçılar və şəhər sakinləri üçün əyləncə

zonası yaradılıb. Burada müxtəlif idman tədbirləri, yarışlar və konsert proqramı təşkil olunub.


Marafonda həm yerli sakinlər, həm də ölkədə yaşayan əcnəbilər və turistlər böyük maraqla

iştirak ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: