“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC tələbələri uğur qazanmağa davam edir!

22/12/2025, 12:21
xeber1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri

Həmkarlar İttifaqı Republika Komitəsi birgə təşkilatçılığı ilə Ümummilli Lider

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq

müsabiqə-festivalının yekun konsertində UNEC tələbələri müxtəlif nominasiyalar

üzrə qalib olublar:


�� I yer – Muğam: Elxan İsgəndərov

�� II yer – Vokal (xalq mahnıları): Tərlan Hüseynzadə

�� III yer – Vokal (bəstəkar mahnıları): Rəhimə Məmmədova

�� III yer – Rəqs: UNEC rəqs kollektivi

�� III yer – Vokal (müasir mahnılar): Mələk Babayeva


Festivalda fəal iştiraklarına görə diplomla təltif olunan UNEC tələbələri:

Rəfiqə Caniyeva, Nadir Əzimli, Fidan Məlikova, Turan Mirzəyev, Günay Ağazadə,

Nərgiz Talıbova, Vüsal Aslanlı, Fatimə İsayeva, Ziyad Ağayev.


Bu tələbələr Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev və

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev

tərəfindən imzalanmış diplomla təltif olunublar.

Diplomları UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və

UNEC-in Bədii rəhbəri Əfsanə Məmmədova tələbələrə təqdim edib.

Təbrik edirik!

Uğurlarınız bol olsun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: