Xəbərlər
UNEC tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində iştirak ediblər.

Mayın 8-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil
müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
keçirilib.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, prorektorları,Milli Məclisin
deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, müəllimlər və
tələbələr iştirak ediblər.
Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar səsləndirilib, şeirlər
bədii qiraət olunub, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib.
Qeyd edək ki, müsabiqə-festival üç mərhələdən ibarət olub. Birinci mərhələdə respublikada
fəaliyyət göstərən 26 ali təhsil müəssisəsində yaradılmış münsiflər heyətlərinin iştirakı ilə seçim
turları keçirilib. Bu mərhələdə 2 minə yaxın tələbə iştirak edib. Onların arasından seçilən 576
nəfər tələbə növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci mərhələdə seçimlər peşəkar münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflərin
qiymətləndirməsi əsasında final mərhələsinə vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış
edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Final iştirakçılarının çıxışları Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə
Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu və Hafiz Quliyev, Əməkdar artist
Rəşad Həşimov və ustad tarzən Arslan Növrəslinin də yer aldığı nüfuzlu münsiflər heyəti
tərəfindən qiymətləndirilib.
Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni
potensialını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək, eləcə də Ulu
Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.
Müsabiqə-festivalın qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək.
Qaliblər Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

























