“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC tələbələri “Yay Düşərgəsi 2025”-də!

14/09/2025, 17:24
xeber1

8–13 sentyabr tarixində Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən düşərgədə UNEC tələbələri fəal iştirak ediblər.


Düşərgədə ölkənin müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən 700-ə yaxın tələbə bir araya gəlib.


Proqram çərçivəsində futbol, voleybol, şahmat, debat, intellektual yarışlar, konsertlər, flaşmob, maarifləndirici təlimlər və ağacəkmə aksiyası təşkil olunub.


UNEC tələbələri voleybol və şahmat yarışlarının qalibi, futbol turnirinin isə 3-cü yer sahibi olublar. Onlar həm komanda işi, həm də fərdi bacarıqları ilə seçilərək UNEC-i uğurla təmsil ediblər.


UNEC THİK sədri İlkan Əliyev vurğulayıb ki:

“Tələbələrimizin düşərgədə qazandığı dostluqlar, yeni təcrübələr və sosial bacarıqlar ən böyük uğurdur. Bu tədbir tələbələrin istirahəti ilə yanaşı, sosial aktivlik və şəbəkələşmə imkanlarını da gücləndirdi.”


“Yay Düşərgəsi 2025” tələbələrin həm istirahət, həm də inkişafı üçün əvəzsiz imkan yaradıb. Bu cür tədbirlərdə iştirakın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: