“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC tələbəsi Hindistanda keçirilən beynəlxalq sammitdə Azərbaycanı təmsil edib

19/10/2026, 16:38
xeber1

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin (MMF) III kurs tələbəsi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) İdarə Heyətinin üzvü Aytac Kərimova Hindistanın Çennai şəhərində keçirilən “Global Youth Diplomacy Initiative (GYDI) Summit 2026” beynəlxalq sammitində Azərbaycanı və UNEC-i təmsil edib.


Qlobal Gənclər Diplomatiyası Təşəbbüsü (GYDI) çərçivəsində təşkil olunan sammit beynəlxalq əməkdaşlığın, gənclər diplomatiyasının, mədəni mübadilənin və qlobal təhsilin inkişafına həsr olunub. Təşəbbüsün təsisçisi Suhail Akhtar Nissarın rəhbərliyi ilə həyata keçirilən proqram müxtəlif ölkələrdən olan gənclər arasında əlaqələrin qurulmasını və beynəlxalq anlaşmanın gücləndirilməsini hədəfləyir.


Sammit çərçivəsində Aytac Kərimova müxtəlif ölkələrdən olan tələbələrlə bir araya gələrək mədəni mübadilə proqramlarında, interaktiv təlimlərdə və müzakirələrdə iştirak edib. O, Azərbaycanı beynəlxalq iştirakçılara tanıdaraq ölkəmizin mədəni kimliyi, milli dəyərləri və mədəni müxtəlifliyi haqqında fikir mübadiləsi aparıb. Görüşlər gənclər arasında qarşılıqlı anlaşmanın inkişafı, fərqli mədəniyyətlərin daha yaxından tanınması və beynəlxalq əməkdaşlığın əhəmiyyətinin vurğulanması baxımından xüsusi önəm daşıyıb.


Tədbirin təşkilində göstərdiyi dəstəyə və əməkdaşlığa görə GYDI komandasına, eləcə də Çennai şəhərində yerləşən SV High School-un rəhbərliyinə təşəkkür bildirilib. Məktəbin qonaqpərvərliyi və təşkilati dəstəyi sammitin iştirakçılar üçün səmərəli təcrübəyə çevrilməsinə töhfə verib.


Aytac Kərimovanın beynəlxalq sammitdə iştirakı Azərbaycanın və UNEC-in beynəlxalq müstəvidə tanıdılması, gənclər arasında təhsil və mədəni əlaqələrin genişləndirilməsi, eləcə də gələcək beynəlxalq əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli addım olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: