Xəbərlər
UNEC THİK-in Debat Klubu qalib oldu!

6-7 sentyabr 2025-ci il tarixlərində Bakı Dövlət Universitetinin Debat Klubunun təşkilatçılığı ilə “CAVANLIĞIM” adlı açıq turnir keçirilib. Turnirdə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 35-dən çox komanda iştirak edib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən UNEC Debat Klubu Azərbaycan bölməsi üzrə böyük uğura imza atıb. Klubumuzu təmsil edən “Felix Felices” komandası (Kənan Tağıyev, Raul Rəhimov, Firuzə Teymurova) final mərhələsinə qədər irəliləyərək turnirin çempionu olub və klubumuzu layiqincə təmsil edib.
Rus bölməsi üzrə isə klubumuzu təmsil edən “Too Big To Fail” komandası (Cahid Abbasov, Ülvi Rəhimli, Elmira Kazımova) final mərhələsinə qədər irəliləməyə nail olub və yüksək nəticə göstərib.
🏆 Fərdi nailiyyətlər:
🔹 Azərbaycan bölməsi üzrə ən yaxşı natiqlər:
▫️15-ci yer – Kənan Tağıyev
▫️8-ci yer – Firuzə Teymurova
🔹 Rus bölməsi üzrə ən yaxşı natiqlər:
▫️9-cu yer – Nihad Cavadlı
▫️7-ci yer – Cahid Abbasov
▫️3-cü yer – Ülvi Rəhimli
🔹 Rus bölməsi üzrə ən yaxşı hakim:
▫️ Xumar Zeynalova
Qalibləri tədbrik edir,fəaliyyətlərində uğurlar arzu edirik.











