Xəbərlər
UNEC THİK-in könüllüləri abituriyentlərin ixtisas seçiminə dəstək oldu
22/08/2025, 16:52

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan Abituriyentlərin ixtisas seçiminə Dəstək Mərkəzi 11-19 avqust tarixlərində UNEC-in III tədris binasında fəaliyyət göstərmişdir.
Fəal könüllü tələbələrdən ibarət mərkəz tərəfindən ümumilikdə 156 online, 42 əyani müraciət cavablandırılmışdır.
9 gün davam edən ixtisas seçimi prosesində iştirak edən könüllü komandamızın hər birinə əvəzolunmaz əməyinə və UNEC-i seçən yeni abituriyentlərə göstərdikləri diqqətə görə təşəkkür edirik.

















