Xəbərlər
UNEC THİK-in könüllüləri magistrların sənəd qəbuluna dəstək oldu
06/08/2025, 14:36

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət “Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzinin” könüllüləri tərəfindən 24 iyul - 04 avqust tarixlərində keçirilən qeydiyyat prosesi zamanı 4853 onlayn və 484 əyani müraciət uğurla cavablandırılmışdır.
12 gün davam edən qeydiyyat prosesində iştirak edən könüllülər universitetimizi seçən magistrlara sənəd qəbulunda köməklik göstərmiş və onları maraqlandıran sualları cavablandırmışdır.
UNEC adından bütün könüllülərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirik!


















