“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in məzunu şəhid Əhmədağa İsgəndərovun doğum günü qeyd olunub

21/09/2025, 17:38
xeber1

Sentyabrın 20-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, UNEC "Biznes və menecment" fakültəsinin məzunu Əhmədağa İsgəndərovun doğum günü idi, yaşasaydı 36 yaşı olacaqdı.


Əhmədağa İsgəndərovun doğum günü münasibətilə şəhidin ailə üzvləri, rayon icra nümayəndələri, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Səbuhi İmanov, “Biznes və menecment” fakültəsinin müəllimi Ayaz Tağıyev və fəal tələbələr şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.


Allah bütün şəhidlərimizə rəhmət etsin.

Ruhları şad olsun!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: