“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UNEC-in tələbələri 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə təltif olunublar

23/06/2025, 14:28
xeber1

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin təşkilatçılığı ilə 18,19,20,21 iyun 2025-ci il tarixlərində "Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilmişdir.

Sərgidə 300-ə yaxın şirkət iştirak edərək, müxtəlif sahələr üzrə məhsul və xidmətlər təqdim edib.

Sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi könüllü dəstəyi göstərmişdir.Tələbə Həmkarlar İttifaqı Komitəsinin 1 əməkdaşı məsul şəxs,15 tələbəsi koordinator,121 tələbəsi isə könüllü olaraq fəaliyyət göstərmişdir.

 “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə UNEC tələbələrinin göstərdiyi yüksək fəallıq, məsuliyyət və təşəbbüskarlıq sərginin uğurla həyata keçirilməsində mühüm rol oynamışdır.

Sərgi ərzində UNEC könüllüləri həm təşkilati proseslərdə operativ iştirak etmiş, həm də qonaqlara göstərdikləri diqqət və mədəniyyətlə sərgiyə əlavə dəyər qatmışlar.

Tədbirin yekununda təltifolunma mərasimi keçirilmişdir. Könüllülər göstərdikləri fəallığa görə sertifikatla təltif olundular.

Təltifolunma mərasimində Marsol MMC-nin direktoru Bilal Əliyev,Məlhəm Hosbitalın direktoru Sevda Əlizadə,Mahkam StoneSam Baku,Roofs MMC,Şəms Group,Silo Constuction MMC təsisşiləri,UNEC THİK sədr müavinləri Günay Ağazadə və Həsən Həşimov iştirak etmişdirlər.

UNEC THİK olaraq sərgi boyunca göstərdikləri əzmkarlığa görə bütün könüllülərimizin hər birinə minnətdarlığımızı bildiririk!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: