“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Universitetimizdə Novruz bayramı təntənəli şəkildə qeyd olunub

23/04/2026, 22:54
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramının sonuncu çərşənbəsi münasibətilə möhtəşəm bayram tədbiri keçirilib.

Universitetin həyətində təşkil olunan təntənəli mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edərək qədim Novruz ənənələrini yaşadıb və həmrəyliyin rəmzi olan tonqal ətrafında birləşiblər. 

AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov çıxış edərək universitetin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Prorektor Novruz bayramının xalqımız üçün əhəmiyyətini və dəyərini vurğulayıb, bu bayramın yalnız baharın gəlişini yox, həm də insanın daxili aləmindəki yenilənməni simvolizə etdiyini deyib. 

Daha sonra həyətdə qurulan böyük bayram tonqalı yandırılıb. Universitetin kollektivi tonqal ətrafında toplaşaraq, bir-birinə xoş arzular ünvanlayıb, birlik və həmrəyliyin əhəmiyyətini vurğulayıb, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıblar. 

Bayram tədbirinin zəngin və rəngarəng anlarından biri də universitetin özfəaliyyət klubunun təşkil etdiyi Novruz mahnıları və milli geyimlərdəki rəqslər olub.

Novruz bayramının ayrılmaz atributları olan yumurta döyüşü, kosa və keçəl şənlikləri tədbirə daha da rəngarəng ovqat qatıb.

   

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: