“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Universitetimizdə Varisin “23 saat 43 dəqiqə” kitabının təqdimatı oldu

06/11/2026, 15:04
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Zəfər Yaddaşı” layihəsi çərçivəsində tanınmış yazıçı Varislə tələbə-oxucu görüşü keçirilib.

Görüş çərçivəsində yazıçının Vətən müharibəsi, qəhrəmanlıq və vətənpərvərlik mövzularına həsr olunmuş “23 saat 43 dəqiqə” kitabının təqdimatı olub.

Yazıçı Varis Yolçuyev kitabın yaranma tarixçəsi, məzmunu və əsas ideyası haqqında məlumat verib, tələbələrlə səmimi söhbət apararaq onların suallarını cavablandırıb.

Tələbə-oxucular tərəfindən maraqla qarşılanan görüşün sonunda iştirakçılara yazıçının kitabları hədiyyə olunub.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: