“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Universitetimizin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

14/12/2025, 16:24
xeber1

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Dekabrın 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova və universitetin kollektivi I Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində gördüyü misilsiz xidmətlər bir daha dərin hörmətlə xatırlayıblar.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, xatirəsinə ehtiram olaraq məzarının üzərinə gül dəstələri düzüblər.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: