Xəbərlər
Unudulmaz Pedaqoq Nadir Süleymanovun Əziz Xatirəsinə

Astara rayonu Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik direktoru, qayğıkeş rəhbər və vəfalı müəllim Nadir Süleymanovun vəfatı bizi dərindən kədərləndirdi.
Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov, Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva və rayonun ümumtəhsil məktəblərinin direktorları ilə birlikdə Nadir müəllimin məzarını ziyarət etdik, ruhuna dualar oxuduq və ailəsinə dərin hüznlə başsağlığı verdik.
Nadir müəllimin pedaqoji fəaliyyəti, məktəbə və şagirdlərinə göstərdiyi diqqət həmişə hörmətlə anılacaq. Onun xatirəsi qəlblərimizdə daim yaşayacaq.
Allah rəhmət eləsin.
Məkanı cənnət olsun.









