Xəbərlər
Unudulmaz qəhrəman – Xəyal Həsənov

Şəhidimiz Xəyal Həsənovun doğum günü münasibətilə keçirilən anım tədbiri dərin ehtiram və sonsuz qürur hissi ilə qeyd olundu. Tədbirdə şəhidimizin əziz xatirəsi yad edildi, onun Vətən uğrunda göstərdiyi şücaət, qəhrəmanlıq və fədakarlıqdan geniş bəhs olundu. Çıxış edənlər bildirdilər ki, Xəyal Həsənov kimi igid oğullarımızın şücaəti sayəsində bu gün azad və başıuca yaşayırıq.
Şəhidimizin ailə üzvləri, yaxınları və tədbir iştirakçıları onun əziz xatirəsini hörmət və sevgi ilə anaraq, ruhuna dualar oxudular. Qeyd olundu ki, şəhidlərimiz xalqımızın qürur mənbəyi, gələcək nəsillər üçün örnəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, Xəyal Həsənovun ruhu şad olsun. Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Allah xalqımıza səbr, şəhid ailələrinə dözüm versin.








