Xəbərlər
“Unutmuruq, unutdurmarıq” rubrikası

ETİHİ Nərimanov Rayon Komitəsi “Unutmuruq, unutdurmarıq” rubrikasını davam etdirir…
Bu dəfə rubrikamız çərçivəsində ittifaq üzvümüz, E. Əliyev adına 93 nömrəli tam orta məktəbin musiqi müəllimi Babayeva Failə Qara qızının oğlu Şəhid İsmayılov Hafiz Ramiz oğlu haqqında paylaşım olacaq.
Hafiz İsmayılov 1983-cü il iyunun 6-da Xocavənd rayonunun Xocavənd kəndində anadan olub. 1989-cu ildə kənd məktəbində birinci sinfə gedib. Həmin il atası Ramiz İsmayılov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Uşaqlıqdan doğma kəndində güllə səsləri eşidən Hafiz 1991-ci ildə ailəsi ilə birlikdə Xocavənddən köçərək Ağcabədi rayonunda məskunlaşıb. 2000-ci ildə Ağcabədidə yerləşən Xocavənd 1 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə hərbi xidmətə yollanıb. Murovda yerləşən N saylı hərbi hissədə xidmət edən Hafiz həmin il iyunun 15-də düşmən gülləsinə tuş gələrək şəhid olub. Hafiz İsmayılov Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Biz sizi unutmuruq, unutdurmarıq!



