“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Unutmuruq, unutdurmarıq!" rubrikası

03/11/2026, 15:03
xeber1

Hər şəhid bir ananın, bir ailənin, bir xalqın itkisidir. ETİHİ Nərimanov Rayon Komitəsi "Unutmuruq, unutdurmarıq!" rubrikasını davam etdirir...

Bu dəfə rubrikamız çərçivəsində Respublika Humanitar Fənlər Gimnasiyasında çalışan ittifaq üzvümüz Məmmədova Minarə Nuğay qızının oğlu Şəhid Məmmədov Elmar İlham oğlu haqqında paylaşım olacaq.

Məmmədov Elmar İlham oğlu 1996-cı il avqustun 18-də Göyçayda anadan olub. Sonra isə ailəsi Bakının Qaraçuxur qəsəbəsinə köçərək orada yaşamağa başlayıb. Qaraçuxurdakı 146 saylı orta məktəbdə, sonra isə Sabunçu qəsəbəsindəki 67 saylı orta məktəbdə təhsil alıb. Şəhid əsgərimiz Razin qəsəbəsində yerləşən 1 saylı liseydə neft operatoru üzrə təhsil alıb. 2015-ci ilin iyulun 15-də hərbi xidmətə yollanıb.

2016-ci il aprel döyüşlərində yaralanıb sağ çıxsa da, 1 ay sonra mayın 1-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.

May ayının 1-də hətta valideynləri onun görüşünə də getmişdi. Bu isə onların son görüşü oldu. Valideynləri onun yanından qayıtdıqdan bir neçə saat sonra Elmar düşmənin açdığı atəş nəticəsində Şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Biz sizi unutmuruq, unutdurmarıq!

Sosial şəbəkələrdə paylaş: