“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaq Birliyi Təşkilatına rəhbərlik edən Məmmədova Pərvanə Əfsər qızının yubiley tədbiri keçirildi.

02/06/2026, 09:16
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində ömrünün çox hissəsini məktəbdə şagirdlərin təlim tərbiyəsinə sərf eləmiş Uşaq Birliyi Təşkilatına rəhbərlik edən Məmmədova Pərvanə Əfsər qızının yubiley tədbiri keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri, valideynlər iştirak etdilər. Çıxış edənlər uzun illər məktəbdə UBT - nın rəhbəri işləyən Pərvanə Məmmədovanın işinə çox məsuliyyətlə yanaşdığını, şagirdləri öz balası kimi sevdiyini, onların təlim tərbiyəsinə ürəklə yanaşdığını və məktəbin bütün tədbirlərində aparıcı simalarından biri kimi hər vaxt seçildiyini vurğuladılar. Yubilyar səmərəli fəailiyyətinə görə ETİHİ Rayon Komitəsinin və məktəb rəhbərliyinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.

 Bütün təhsil ictimaiyyəti adından Pərvanə Məmmədovanın yubiley yaşının tamam olması münasibətilə təbrik edirik, ona möhkəm sağlamlıq və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: