Xəbərlər
Uşaq-gənclər arasında şahmat yarışı keçirilib
12/11/2026, 14:41

04–05 noyabr 2026-cı il tarixlərində Samux rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş şahmat idman növü üzrə turnir keçirilib.
Turnirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən bəhs edib.
Sonda yarışın qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi tərəfindən kubok, diplom və medallarla təltif olunublar.












