Xəbərlər
Uşaq-Gənclər İnkişaf Mərkəzi

Ağcabədi Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaq və gənclərin asudə vaxtlarının müxtəlif istiqamətlər üzrə səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Mərkəzdə fəaliyyət göstərən ingilis dili dərnəyinin rəhbəri Əliyeva Şamma Kamal qızının fəaliyyəti yeniyetmələr arasında xarici dilə marağın artırılmasına yönəlib. Müxtəlif müsabiqələrin, sərgilərin, bayram tədbirlərinin təşkili və maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi il boyu davam etdirilir.
Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ağcabədi rayonu ərazisində daha çox uşaq və gəncin fəaliyyətə cəlb olunmasında,onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, estetik dünyagörüşünün milli-mənəvi dəyərlər əsasında formalaşdırılması istiqamətində Əliyeva Şamma Kamal qızının mühüm rolu vardır.
Gənc nəslin hərtərəfli inkişafına və asudə vaxtlarının səmərəli təşkilindəki fəaliyyətinə əsasən Əliyeva Şamma ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi.
























