“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaq-Gənclər Şahmat İdman Məktəbində əlamətdar bir tədbir keçirildi

05/06/2026, 17:10
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Uşaq-Gənclər Şahmat İnkişaf Mərkəzində əlamətdar bir tədbir keçirildi. Mərkəzin ilk həmkarlar ittifaqı sədri olmuş Şahin Həsənovun 65 illik yubileyi münasibətilə kollektiv adından səmimi təbriklər çatdırıldı, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulandı. Qeyd olundu ki, Şahin müəllim uzun illər ərzində kollektivin maraqlarının qorunmasında, həmkarlar hərəkatının inkişafında və işçilər arasında sağlam əmək münasibətlərinin formalaşmasında öz töhfələrini vermişdir.

Tədbir çərçivəsində həmçinin ilk həmkarlar ittifaqı sədrinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni sədr seçkiləri keçirildi. Demokratik prinsiplər əsasında, açıq və şəffaf səsvermə yolu ilə təşkil olunan seçkilərdə kollektivin etimadını qazanan Könül Osmanova ilk həmkarlar ittifaqı sədri seçildi. Kollektiv yeni sədrə gələcək fəaliyyətində uğurlar arzulayaraq, onun həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsinə öz töhfəsini verəcəyinə inandıqlarını bildirdi.

Görüş zamanı həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi layihələr, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi, müxtəlif ekskursiya və sosial proqramların təşkili yüksək qiymətləndirildi. Kollektiv göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə etdi.

İştirakçılar ölkədə sosial rifahın yüksəldilməsi, təhsil işçilərinə göstərilən dövlət qayğısı və həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyinə, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə səmimi təşəkkürlərini çatdırdılar.

Tədbirdə vurğulandı ki, son illər həmkarlar ittifaqı sistemində aparılan yeniliklər, üzvlərlə daha sıx əlaqələrin qurulması, sosial layihələrin genişləndirilməsi və insanların rifahına yönəlmiş təşəbbüslər təşkilata olan inamı daha da artırmışdır. Kollektiv qeyd etdi ki, həmkarlar ittifaqı hərəkatında müsbət dəyişikliklər və davamlı inkişaf aydın şəkildə hiss olunur və bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Yeni seçilmiş sədrin rəhbərliyi altında bu fəaliyyətin daha da uğurlu davam etdiriləcəyinə əminlik ifadə olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: