“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

UŞAQ HÜQUQLARI AYLIĞI

03/11/2026, 15:36
xeber1

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər davam etdirilir.

Məktəbin Həmkarlar Təşkilatının sədri Nuridə Hacıyevanın, direktor Samirə Nəsirovanın və Məktəb Uşaq Birliyi rəhbəri Müşfiqə Baxışovanın təşkilatçılığı ilə şagirdlər üçün maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində şagirdlərə “Uşaq hüquqları nədir?” mövzusunda video təqdim olunub, uşaqların hüquq və vəzifələri barədə məlumat verilib.

Tədbirin əsas məqsədi şagirdlərin hüquqi biliklərini artırmaq, uşaq hüquqları ilə bağlı məlumatlılığını gücləndirmək və hüquqlarına hörmət ruhunda tərbiyə olunmalarına dəstək göstərməkdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: