“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaq Hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi

22/05/2026, 17:14
xeber1

Ağcabədi rayonunun təhsil müəssisələrində “Uşaq Hüquqları” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlərin öz hüquqlarını tanımasına, həmin hüquqlara hörmətlə yanaşmasına və onların qorunmasının vacibliyini dərk etməsinə dəstək göstərmək olub.

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu İlhamə Hüseynova , Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində ,Ağabəyli kənd ümumi orta məktəbinin müəllimi Murtuzova Rövşanə İsa qızı və UBR Kərimli Aysel Əlövsət qızının , Xocavənd kəndi S. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəblərində ,təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Hüququnu bil, gələcəyini qur” ,Mənim hüquqlarım " “İnsan hüquqları aylığı” çərçivəsində adlı tədbir, inşa və şeir müsabiqələri, dəyirmi masalar, eləcə də maarifləndirici söhbətlər keçirilib.

Keçirilən tədbirdə uşaqların hüquqları, onların qorunması, cəmiyyətdə rolu və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Maarifləndirici söhbət zamanı uşaqların təhsil almaq, təhlükəsiz mühitdə yaşamaq, fikirlərini sərbəst ifadə etmək, sağlam inkişaf etmək kimi əsas hüquqları barədə geniş danışılıb, şagirdlərin sualları cavablandırılıb.

Şagirdlərə bilik və bacarıqlarının inkişafında,töhfə verən müəllimlərə ETİHİ Ağcabədi Rayon Komitəsi təşəkkürünü bildirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: