“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”

08/05/2026, 10:57
xeber1

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”

Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ağcabədi Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən 3 nömrəli körpələr evi–uşaq bağçasında “Heydər baba” adlı tədbir keçirilib.

Bağçanın müdiri, şəhid ailəsi üzvü Samirə Xudaverdiyevanın, qrup rəhbərləri Zeynalova Talehə və Mürşüdova Kəmalənin, həmçinin həmkarlar təşkilatının sədri Ağayeva Aygün xanımın təşkilatçılığı ilə baş tutan tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar ifa ediblər.

Maraqlı və məzmunlu təşkil olunan tədbir Ulu Öndərin irsinin azyaşlı nəslə aşılanmasına xidmət edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: