Xəbərlər
“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir humanist cəmiyyətdə uşaqlara daim xüsusi qayğı və diqqət göstərilməlidir.” — Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Uşaqları sağlam düşüncəli, vətənpərvər və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirmək böyük məsuliyyət, zəhmət və yüksək mənəvi dəyərlər tələb edən şərəfli bir missiyadır.
Bu çərçivədə şəhər 4 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi, qrup rəhbərləri Mehralıyeva Şəlalə və Rzayeva Gülüstan müəllimənin təşkilatçılığı ilə “Heydər Əliyev və uşaqlar” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Liderin uşaqlara göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs olunub, onun gələcək nəslin sağlam və hərtərəfli inkişafı ilə bağlı dəyərli fikirləri səsləndirilib. Balacaların hazırladıqları şeirlər, mahnılar və səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması, Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə aşılanması olub.













