Xəbərlər
“Uşaqlara qarşı zorakılığın doğurduğu zərərlər” mövzusunda maarifləndirici tədbir keçirilib
07/04/2026, 22:35

Göyçay rayon İncə kənd R.Babayev adına tam orta ümumtəhsil məktəbində “Uşaqlara qarşı zorakılığın doğurduğu zərərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı şagirdlərə zorakılığın psixoloji və sosial təsirləri haqqında ətraflı məlumat verilib, bu kimi halların qarşısının alınmasının vacibliyi vurğulanıb. Çıxış edənlər sağlam ünsiyyətin, qarşılıqlı hörmətin və təhlükəsiz mühitin formalaşdırılmasının əhəmiyyətini xüsusi qeyd ediblər.
Şagirdlərin fəal iştirakı ilə keçirilən görüş onların mövzuya həssas yanaşmasına və düzgün dəyərlər əsasında formalaşmasına töhfə verib.




