“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaqları tanıyaq, anlayaq, dinləyək və hüquqlarını birlikdə qoruyaq

17/11/2026, 10:41
xeber1

ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında uşaq hüquqlarının qorunması, uşaqların hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, onların cəmiyyətdə öz hüquqlarını tanıması və müdafiə etməsi məqsədilə şagirdlər ilə maarifləndirici görüşlər keçirilib.

Görüşlərdə uşaqların yaşamaq, təhsil almaq, sağlam mühitdə böyümək, istirahət etmək, azad fikirlərini ifadə etmək, zorakılıq və ayrı-seçkilikdən qorunmaq hüquqları haqqında ətraflı məlumat verilİB.

Hər bir uşağın hüquqlarına hörmətlə yanaşmaq, onun şəxsiyyət kimi formalaşmasına dəstək olmaq və təhlükəsiz gələcəyini təmin etmək cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

Unutmayaq ki, hüquqları qorunan, fikirləri dinlənilən və arzularına dəyər verilən uşaqlar sağlam cəmiyyətin və parlaq gələcəyin qurucularıdır!

Uşaqları tanıyaq, anlayaq, dinləyək və hüquqlarını birlikdə qoruyaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: