“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaqların bayram sevinci

30/12/2025, 16:11
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ittifaq üzvlərinin övladları üçün bayram hədiyyələri və Yeni il şənliyi biletləri paylanılıb.

Bu təşəbbüs çərçivəsində ölkə üzrə ittifaq üzvlərinin övladlarına,eləcə də sosial cəhətdən həssas əhali qruplarına aid olan uşaqlara,şəhid ailələrinin və müharibə iştirakçılarının övladlarına 27 minə yaxın Yeni İl şənliyi bileti və 50 mindən artıq hədiyyə qutusu təqdim edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Şəki Şəhər Komitəsi olaraq Şəhid övladlarına Inteqrasiya Təlimli Internat tipli Gimnaziyanın ittifaq üzvlərinin övladlarına və təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlara AHİK-in hədiyyələri, 3400 ittifaq üzvünə isə Yeni il şənliyi biletləri təqdim olunub.

İttifaq üzvlərimiz bu təşəbbüsə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: