Xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1 iyun 2026-cı il tarixdə Cəlilabad rayonunda “1 İYUN- UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ” münasibətilə tədbirlər təhsil və tərbiyə aldıqları müəssisələrdə keçirilib.
Tədbirdə dövlətimizin diqqət və qayğısı, ardıcıl sosial paketlərin hazırlanması ilə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması nəticəsində uşaqlar da ailələrində özlərini xoşbəxt hiss etmələrindən, İstər təhsil, mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli inkişafından, ölkəmizin sabahı olan uşaqları qorumaq və onların müdafiəsini gücləndirmək missiyasından söz açılıb.
O cümlədən, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonumuzda da onlayn konfranslar, bədii qiraət, rəsm və inşa müsabiqələri keçirilmiş, uşaqlar fərqləndirici hədiyyələrlə mükafatlandırılmışlar.





