Xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər zamanı şagirdlərə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu gün bütün dünyada uşaqların hüquqlarının qorunmasına diqqətin artırılması, onların rifahının və təhlükəsizliyinin təmin olunması məqsədilə qeyd edilir.
Çıxışlarda ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, onların sağlam, təhlükəsiz və firavan şəraitdə böyüməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, uşaqlara göstərilən diqqət və qayğı Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi xüsusi diqqət və qayğıdan, onların gələcəyin layiqli vətəndaşları kimi yetişməsinə verdiyi töhfələrdən danışıblar. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqların təhsilinin, sağlamlığının və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.
Bayram tədbirləri şagirdlərin təqdim etdikləri rəngarəng bədii proqramlarla davam edib. Şagirdlər müxtəlif mahnılar ifa edib, rəqslər nümayiş etdirib, şeirlər səsləndirib və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.





