“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01/06/2026, 16:31
xeber1

340 nömrəli körpələr evi–uşaq bağçasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırmaq, onların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyümələrinin əhəmiyyətini vurğulamaq, eləcə də balacalara sevinc dolu bayram əhval-ruhiyyəsi bəxş etmək olmuşdur.

Tədbir zamanı uşaqlar şeirlər söyləmiş, rəqs nömrələri ilə çıxış etmiş, həmçinin müxtəlif yaradıcılıq və əl bacarıqlarını nümayiş etdirmişlər. Balacaların fəal iştirakı və yüksək əhval-ruhiyyəsi tədbirə xüsusi rəng qatmışdır. Bayram proqramı maraqlı oyunlar və əyləncəli fəaliyyətlərlə davam etmişdir.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Cəlil Nicat, 340 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Qənbərova Gülnar və ilk həmkarlar ittifaqı təşkilatının sədri Ələkbərova Balaxanım iştirak etmişlər. Çıxışlarda uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının müdafiəsi və xoşbəxt gələcəyinin təmin olunmasının cəmiyyətin əsas vəzifələrindən biri olduğu qeyd edilmişdir.

Tədbir uşaqların sevinc dolu anları, səmimi təbəssümləri və bayram əhval-ruhiyyəsi ilə yadda qalmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: