Xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağdam Rayon Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 01 iyun 2026-cı il tarixində Quzanlı köçkün qəsəbəsində fəaliyyət göstərən Əlağalı kənd Mədəniyyət evində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Şəbnəm İbrahimova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağdam Rayon Komitəsinin mühasibi Əmrah Qafarlı, məktəblilər, valideynlər və icma sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər iştirakçıları bayram münasibətilə təbrik edərək, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs ediblər. Tədbirdə məktəblilər arasında keçirilmiş “Ən yaxşı ssenari” müsabiqəsinin I, II və III yerlərin qalibləri və müsabiqədə iştirak edən digər məktəblilər fəal iştiraklarına görə təşəkkürnamələrlə təltif ediliblər.
Daha sonra müsabiqənin qalibi olan Soltanbud kənd tam orta məktəbinin şagirdləri tərəfindən “Ailə dəyərlərinin təbliği” mövzusunda yazılmış ssenari səhnələşdirilərək iştirakçılara təqdim olunub. Səhnəcik tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Yekunda müsabiqənin qaliblərinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağdam Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim edilib.




