“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Uşaqların gələcəyinə həsr olunan ömür – yubilyar təltif olundu

03/04/2026, 14:57
xeber1

Nizami rayonunda təcrübəli təhsil işçisinin 65 illik yubileyi qeyd olunub

ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatlarından olan 125 nömrəli körpələr evi-uşaq bağçasının metodisti Abdullayeva Gülbahar Məhəmmədnəbi qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirak edərək yubilyarı bu əlamətdar gün münasibətilə təbrik edib.

Sübut Əsədov çıxışında Gülbahar Abdullayevanın məktəbəqədər təhsil sahəsində uzunillik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək, onun metodist kimi uşaqların təlim-tərbiyəsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinə göstərilən diqqət və qayğı onların peşə fəaliyyətinə olan motivasiyanı daha da artırır.Gülbahar Abdullayeva təhsil sahəsindəki çoxillik səmərəli fəaliyyətinə və yubileyi münasibətilə Nizami Rayon Komitəsi tərəfindən Fəxri Fərman və gül dəstəsi ilə təltif olunub.

Sonda yubilyar ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: