Xəbərlər
Ustad dərs

Göyçay Dövlət və İdarəetmə Kollecində riyaziyyat müəllimi İsmayılova Şəbnəm Şaiq qızının rayon ictimaiyyəti üçün açıq ustad dərsi təşkil olundu.
Tədbirdə kollecin rəhbərliyi, rayonun bir qrup müəllimi, təhsil ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak etdilər. Açıq dərsdə həmçinin ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova da iştirak edərək tədris prosesini izləyib, müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirdi.
Ustad dərsi zamanı müasir təlim metodlarından istifadə olunaraq riyaziyyat fənninin tədrisində interaktiv yanaşmalar nümayiş etdirildi. Şagirdlərlə qurulan fəal ünsiyyət, yaradıcı tapşırıqlar və mövzunun izahındakı peşəkarlıq iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
Tədbir çərçivəsində müəllimlər arasında faydalı fikir mübadiləsi aparıldı, tədris prosesində innovativ yanaşmaların tətbiqinin əhəmiyyətindən danışıldı. İştirakçılar belə açıq dərslərin pedaqoji təcrübənin inkişafına və müəllimlərin peşəkar bacarıqlarının artırılmasına mühüm töhfə verdiyini vurğuladılar.
Sonda İsmayılova Şəbnəm Şaiq qızına səmərəli pedaqoji fəaliyyəti və nümunəvi ustad dərsinə görə təşəkkürnamə təqdim olundu.







