Xəbərlər
Ustad dərsi

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi və ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi istiqamətində növbəti maraqlı və faydalı tədbir həyata keçirilib.
Kollec rəhbərliyinin təşəbbüsü ilə müəllim Təhminə Mirzəliyevanın təqdimatında şəhər ictimaiyyəti üçün “Açıq dərs” (ustad dərsi) təşkil olunub. Tədbirdə kollecin pedaqoji heyəti ilə yanaşı, bank sektorunun nümayəndələri, müxtəlif tədris müəssisələrinin rəhbərləri və şəhər ictimaiyyətinin üzvləri də iştirak ediblər.
Dərs zamanı nəzəri biliklərin praktik tətbiqi nümayiş etdirilib, iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Bu cür təşəbbüslər tələbələrin peşəkar bacarıqlarının formalaşmasına, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına mühüm töhfə verir.






