Xəbərlər
Uzaq dağ bölgələrində fəaliyyət göstərən təhsil işçilərinə xüsusi diqqət və qayğı göstərilir

Quba rayonun uzaq dağ zonasında yerləşən Quba rayonu M.Teymurxanlı adına Isnov kənd ümumi orta ümumtəhsil məktəbində, məktəbin müəllimi, dəyərli həmkar üzvü və uzun müddət ilk təşkilat sədri vəzifəsində çalışmış Qayıb Qayıbov yubiley yaşı münasibətilə təbrik edilib. Tədbirdə ETİHİ Quba rayon komitəsinin sədri Vüsalə Kərimova, məktəbin rəhbərliyi və kollektivin həmkar üzvləri iştirak ediblər. Çıxış edən həmkar üzvləri Qayıb müəllimin uzun illər ərzində təhsil sahəsində öz əməksevərliyi, şagirdlərə və kollektivə qarşı səmimi rəftarı ilə fərqləndiyini qeyd ediblər.
ETİHİ Quba rayon komitəsi adından yubilyar fəxri fərman və pul mükafatı ilə təbrik olunub. Məktəb kollektiv adından yubilyara təbriklər çatdırılıb, ona sağlam ömür, ailə səadəti arzulanıb.
Göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirən Qayıb müəllim bu cür tədbirlərin uzaq dağ zonalarında fəaliyyət göstərən təhsil işçilərinə verilən dəyərin aydın göstərəcisi olduğunu qeyd edib. O, həmçinin ETİHİ REspublika Komitəsinə öz təşəkkürünü bildirib.




